Logo

FHN məlumat yaydı: Masazırda yanğın...

FHN məlumat yaydı: Masazırda yanğın...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Masazır qəsəbəsində açıq ərazidə qatı tüstülənmə olması barədə məlumat daxil olub.

Sfera.az-ın nazirliyin saytına istinadən xəbərinə görə, məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu əraziyə cəlb olunub.

İlkin məlumata əsasən, hadisə ünvanında quru ot, kol-kos və təkər tullantıları yanır.

Əlavə məlumat veriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR