BNA-dan avtobus qəzası ilə bağlı AÇIQLAMA: "7 nəfər xəsarət alıb"
Kateqoriya məlum deyil
Bu gün saat 13:30 radələrində M.Useynov prospektində 5 və 125 nömrəli müntəzəm marşrut xətti üzrə iki sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı Nəqliyyat Agentliyi tərəfindən dərhal nəzarətə götürülüb və hazırda müvafiq araşdırma aparılır. Hər iki marşrut xətti üzrə daşıyıcı şirkət "BakuBus” MMC-dən izahat tələb olunub.
Sfera.az-a daxil olan məlumata görə, xoşbəxtlikdən qəza nəticəsində ölüm halı qeydə alınmayıb:
"Sərnişinlərimizdən 7 nəfər xəsarət alıb ki, onlara da ilkin tibbi yardım göstərilərək evə buraxılıb", - deyə qeyd olunub.






