Azərbaycanda şirkətdə partlayış: Ölən var
Kateqoriya məlum deyil
Azərbaycanda şirkətdə partlayış olub.
Sfera.az-ın məlumatına görə, hadisə rayonun Süskənd kəndi ərazisində yerləşən "Qax Mineral Suları” MMC-də qeydə alınıb.
Hadisə nəticəsində MMC-də nəzarətçi işləyən Aydın Şabanov vəfat edib.
Faktla bağlı araşdırma aparılır.






