Maşın bazara girdi: xəsarət alanlar var - ANBAAN VİDEO

Maşın bazara girdi: xəsarət alanlar var - ANBAAN VİDEO
Göyçay rayonunda bazarda qəza baş verib, xəsarət alanlar var.
 
Sfera.az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 11:30 radələrində Göyçay şəhərindəki "Təzə Bazar"da qeydə alınıb. "VAZ 21099" markalı minik avtomobili bazarın içərisində hərəkət edərkən qəflətən idarəetmənin itməsi səbəbindən maşın piştaxtaların üstünə çıxıb, satıcı və alıcılar yüngül xəsarət alıb.
 
Qocayeva Səbirə Məcid qızı və digər qadın Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hadisə vaxtı bazarda qorxu və həyəcan keçirən insanlara həkimlər tərəfindən tibbi yardım göstərilib. Araşdırma zamanı məlum olub ki, sürücü hadisəni qəsdən törətməyib. Avtomobili idarə edərkən onun ayağında çəkələk olub. Sürücünün ayağından çıxan çəkələk avtomobilin qaz əyləcinə keçib, nəticədə avtomobilin sürəti qəflətən artdığı üçün hadisə baş verib.
 
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

İsmayıllıda FACİƏ: 25 gün əvvəl doğulan körpə ölü tapıldı

İsmayıllıda körpə müəmmalı şəkildə ölüb.   Sfera.az bildirir ki, hadisə Qaraqaya kəndində qeydə alınıb.   25 gün əvvəl Bakı şəhərindəki xə...

Üç prokurorluq əməkdaşı vəzifədən azad olunub

Bakı şəhər prokurorluq orqanlarının 3 əməkdaşı intizam tənbeh tədbiri qismində tutduqları vəzifədən azad olunub.   Sfera.az xəbər verir ki, bu haqda ...

"Yalı çapkını"ndan sonra bu serialda rol alacaq -FOTO

Türkiyəli aktrisa Beril Pozamın yeni işi bəlli olub.   Sfera.az xəbər verir ki, aktrisa "Kıskanmak" serialında rol alacaq. O, ekran iş...

1 yaşlı qızını amansızlıqla öldürən ataya AĞIR CƏZA VERİLDİ

Bakıda bir yaşlı qızını amansızlıqla öldürməkdə təqsirləndirilən Valeriy Tolmaçevin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.   Sfera.az xəbər verir...

DTX-nin saxladığı Talışxanovun məhkəməsi başladı

Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən Mirədalət Talışxanovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə mə...

Ərdoğan Suriya rəhbəri ilə telefon danışığı aparıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya lideri Əhməd Əl Şaraa ilə telefon danışığı aparıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barə...