Logo

Bakıda 22 yaşlı oğlan məktub yazaraq özünü biznes mərkəzindən atdı - VİDEO

Bakıda 22 yaşlı oğlan məktub yazaraq özünü biznes mərkəzindən atdı - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Azure” biznes mərkəzinin 15-ci mərtəbəsindən düşən gəncin intihar etdiyi məlum olub.

Sfera.az-ın məlumatına görə, 1999-cu il təvəllüdlü Elvin Məmmədov binanın 15-ci mərtəbəsində yerləşən ofislərin birindən özünü atıb.

O, özünü binadan atmamışdan əvvəl məktub yazıb.

Məktubda qeyd edilir: "Hər şey bura qədərmiş. Həyat bəlkə də çox gözəldir, amma mən yaşamağı bacarmadım. Özünüzə yaxşı baxın. Möhkəm olun, mənə görə pis olmayın. 22 il də bəs edər. Ata, mama, qardaşım, sizi çox istəyirəm”.

*** 11:28
Bakıda "Azure” biznes mərkəzində ölüm hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, binanın 15-ci mərtəbəsində yerləşən ofislərin birindən 1999-cu il təvəllüdlü E.Məmmədov adlı şəxsin yıxıldığı ehtimal edilir.

Hadisənin intihar və ya ehtiyatsızlıqdan baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır. // "Report"

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR