Logo

Sabirabadda 17 yaşlı qız məzun məclisində bıçaqlanıb

Sabirabadda 17 yaşlı qız məzun məclisində bıçaqlanıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Sabirabadda məzun olan qız bıçaqlanıb.

Sfera.az-ın məlumatına görə, saat 20:00 radələrində Sabirabad rayonunun Surra kəndi ərazisində yerləşən restoranlardan birində rayonun 5 saylı orta məktəbinin məzunlarının təşkil etdiyi tədbirdə bıçaqlanma hadisəsi baş verib.

Məzunların iştirak etdiyi məclisə yaxınlaşan Sübhan adlı şəxs Sabirabad sakini 2004-cü il təvəllüdlü Nəsirzadə Nigar Anar qızını kürək nahiyəsindən bıçaqlayıb. Məzun qız Şirvan Şəhər Xəstəxanasına çatdırılaraq əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır. (apa)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR