Qaz sızması bir ailəni evsiz qoydu - VİDEO - FOTO

Qaz sızması bir ailəni evsiz qoydu - VİDEO - FOTO
Sfera.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gəncə şəhərində fərdi evdə baş verən partlayış güclü yanğına səbəb olub. Hadisə şəhərin Şah İsmayıl Xətai prospekti, 2-ci dalan, 2 nömrəli evdə qeydə alınıb. Gəncə sakini, 55 yaşlı Amil Tağıyevə məxsus, ümumi sahəsi 120 kv.metr olan ev yanıb. Yanğın zamanı ev sahibi tüstüdən zəhərlənib.
 
Samir Əliyev - qonşu: "Gəldim, dedilər ki, oğlu Amil içəridə qalıb, pəncərədən girdim oğlunu çıxardıq. Çıxardıq, hamama saldıq, su vurduq, ondan sonra özünə gəldi. Sonra yerə uzatdıq, bir az üzünə su vurduq, ayazıdı".
 
Hadisə yerinə Gəncə Şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin 4 yanğınsöndürən maşını və 30-a yaxın canlı qüvvəsi cəlb edilib. Bir aynabənd, bir mətbəx və iki otaqdan ibarət evin bir otağından başqa digər otaqlar əşyaları ilə birlikdə, həmçinin dam örtüyü tamamilə yanıb. Alovun ətraf tikililərə keçməsinin qarşısı alınıb. Rahib Nadirov- Gəncə şəhər DYMİ-nin rəis müavini: "Yanğınsöndürənlər gələndə evin çardağı tam alov içərisindəydi. Yanğın iki otaq, bir mətbəxi əhatə etmişdi, hardasa 120 kv.metrlik otaq əşyalarla bir yerdə xilas olunmuşdu. Yanğında xəsarət alan yoxdur, dəyən ziyan və yanğının səbəbi aydınlaşdırılır".
 
Partlayışın qaz sızması səbəbindən baş verdiyi ehtimal olunur.
 
Faktla bağlı araşdırmalar davam edir.
 
 



OXŞAR XƏBƏRLƏR

Bu gün Bakıda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   ...

COP29 zamanı Bakıda 350 elektrik avtobusu işləyəcək

BMT-nin​ İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda 350 elektrik avtobusundan istifadə olu...

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...