Bakıda 2 piyadanı vuraraq qaçan sürücü saxlanıldı
Kateqoriya məlum deyil
İyunun 5-də saat 10 radələrində Nərimanov rayonunun Azadlıq prospektində, piyada zolağı olmayan yerdə müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakinləri N.Eminbəyli və S.Quliyeva vurulublar.
Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadaların xəsarət almaları ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən "KİA” markalı avtomobilin sürücüsü, Abşeron rayon sakini M.Məmmədov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.






