Sürücü qəza törətdi, həyat yoldaşı vəfat etdi
Kateqoriya məlum deyil
Biləsuvar rayonunda ağır yol qəzası baş verib
Sfera.az xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.
Belə ki, rayonun Xırmandalı kənd sakini, 1952-ci il təvəllüdlü Məmmədhəsən Həsənovun idarə etdiyi "VAZ 2107" markalı minik avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və yolun kənarındakı ağaca çırpılıb.
Hadisə nəticəsində sürücünün sərnişini, həyat yoldaşı, 1952-ci təvəllüdlü Şahbazova Elzangül Lətif qızı dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır. // "Report"






