Logo

Abşeronda yol qəzasında gəncin ayağı amputasiya olundu

Abşeronda yol qəzasında gəncin ayağı amputasiya olundu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Abşeron rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az-ın məlumatına görə, hadisə Güzdək qəsəbəsində qeydə alınıb. 2000-ci il təvəllüdlü Sadıqov Rahil Babaxan oğlu idarə etdiyi yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil aşıb. Qəza zamanı sürücü özünü avtomobilin pəncərəsindən atıb. Lakin bu zaman onun sol ayağı avtomobilin altında qalaraq amputasiya olunub. Yaralı xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR