Ağstafada 5 aylıq uşaq ehtiyyatsızlıqdan yandı
Kateqoriya məlum deyil
Ağstafada bədbəxt hadisə baş verib.
Sfera.az-ın məlumatına görə, hadisə rayonun Poylu kəndində qeydə alınıb.
2021-ci il təvəllüdlü Əlizadə Əli Həsən oğlu yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal azyaşlıya tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, 5 aylıq uşağın üstünə su qızdırıcıdan isti su tökülüb.






