Logo

Gəncədə zəncirvari qəza: yaralılar var - FOTO

Gəncədə zəncirvari qəza: yaralılar var - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Gəncədə 5 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Sfera.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. İlkin məlumata əsasən, hadisə nəticəsində VAZ-21015, VAZ-2107, VAZ-21099, "Nissan" və "GAC" markalı avtomobil toqquşub.

Hadisə nəticəsində dörd nəfər - 1983 cü il təvəllüdlü Ramiz İsmayılov Zakirəddin oğlu, 1980 ci il təvəllüdlü Ramiz Qurbanov Nazim oğlu, 1985 ci il təvəllüdlü Çingiz Məmmədov Qabil oğlu və 1983-cü il təvəllüdlü Ramin İsmalıyov müxtəlif dərəcəli xəsarətləri alıb. Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib və vəziyyətləri orta ağır qiymətləndirilir.

Hadisə yerinə Gəncə şəhər Dövlət Yol Polisi əməkdaşları cəlb olunub, qəzanın təfərrüatı dəqiqləşdirilir.

Gəncədə zəncirvari qəza: yaralılar var - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR