Sumqayıtda 91 yaşlı qadın intihar etdi
Kateqoriya məlum deyil
Sumqayıtda intihar hadisəsi baş verib.
Sfera.az-ın məlumatına görə, hadisə şəhərin 10-cu mikrorayonunda qeydə alınıb.
1930-cu il təvəllüdlü Nuriyeva Asiya İsa qızı yaşadığı mənzildə özünü asıb. İntiharın səbəbləri bilinmir.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
(APA)






