Yaşayış evində partlayış, yaralanan var
Kateqoriya məlum deyil
Gəncədə yaşayış evində partlayış olub.
Sfera.az-ın xəbərinə görə şəhər sakini 49 yaşlı Sevil Əliyeva yaşadığı evin hamam otağında suqızdırıcını yandıran zaman partlayış baş verib.
Yanıq xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.






