Logo

Sabirabadda avtomobil kanala aşdı, sürücü ağır xəsarət aldı

Sabirabadda avtomobil kanala aşdı, sürücü ağır xəsarət aldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Sabirabadda avtomobilin kanala aşması ilə nəticələnən yol qəzası baş verib.

Sfera.az-ın məlumatına görə, hadisə rayonun Azadakənd kəndində qeydə alınıb.

"Mercedes” markalı avtomobili idarə edən kənd sakini, 1986-cı il təvəllüdlü Abdullayev Şahmar Pirəhməd oğlu idarəetməni itirərək avtomobili kanala aşırıb.

Ağır xəsarət alan sürücü Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR