Logo

Toyxananı su basdı, bəylə gəlini ləyənlə xilas etdilər

Toyxananı su basdı, bəylə gəlini ləyənlə xilas etdilər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İndoneziyanın Cənubi Cakarta rayonunun gənc sakinləri sevgilərinin daşqından daha güclü olduğunu sübut ediblər.

Sfera.az xarici mediayaistinadla xəbər verir ki, öz toy məclisinə tələsən bəylə gəlin bir sıra maneələrlə qarşılaşmalı olub. Belə ki,mərasimin keçiriləcəyi məkan sel sularına qərq olub, yollar isə qurşağadək su altında qalıb. Qohumları, dostları və iki ləyən sevgililərin dadına çatıb. Gələcək ər-arvad məhz həmin ləyənlərəoturaraq toya davam etməli olublar. Makiyajını yağışdan qorumaq üçün gəlinə "qayıq”la yanaşı,çətir də gərək olub.

Toy karvanı kifayət qədər təntənəli alınmasa da, həmçinin bir qədər komik görünsə də, cütlüyün əzmi hamı tərəfindən alqışlanıb.

Selcan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR