Logo

Bir ailənin 5 üzvü yol qəzasında yaralandı

Bir ailənin 5 üzvü yol qəzasında yaralandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı-Qazax avtomagistralında 5 nəfərin xəsarət alması ilə nəticələnən qəza olub.

Hadisə yolun 271-ci kilometrliyində qeydə alınıb. Belə ki, idarəetmədən çıxan "Hunday Sonata” markalı avtomobil yolun kənarına aşıb. Nəticədə bir ailənin beş üzvü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılardan durumu daha ciddi olan üç nəfər – 1963-cü il təvəllüdlü İmanova Təranə Tofiq qızı, 1951-ci il təvəllüdlü İmanov Səxavət Əliş oğlu və 1983-cü il təvəllüdlü İmanov Elməddin Səxavət oğlu Yevlax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

(APA)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR