10 yaşlı Nərminin qətlində şübhəli bilinən İlkin Süleymanovdan xəbər var

10 yaşlı Nərminin qətlində şübhəli bilinən İlkin Süleymanovdan xəbər var
Tovuzda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə ibtidai sitintaq başa çatıb.

Sfera.az xəbər verir ki, cinayət işinin matetrialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası mayın 17-nə təyin edilib.


Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci yanvarın 6-da yandırılmış halda tapılıb. Yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub. // Ölkə.Az


 

OXŞAR XƏBƏRLƏR

Laçındakı meşə yanğını söndürüldü

Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda meşə yanğını başlayıb.   FHN Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, hazırda ...

Qəbul imtahanının nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə iyulun 6-da keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.   Sfera.az xəbər verir ki...

“Səs Azərbaycan”ın iştirakçısı vəfat etdi -VİDEO

“Səs Azərbaycan”ın iştirakçısı, gənc müğənni Qəşəm Cəfərov vəfat edib. Sfera.az xəbər verir ki, bu barədə onun ailə üzvləri məlumat yayı...

Azərbaycanda unun topdansatış QİYMƏTİ AÇIQLANDI

Bu günə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 25,8-28 manat, o cümlədən Bakı şəhərində və Abşeron ...

PA rəhbəri Humeyd Obeyd Abuşibslə görüşdü - FOTO

İyulun 17-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hesablama Qurumunun sədri Humeyd O...

İsmayıllıda FACİƏ: 25 gün əvvəl doğulan körpə ölü tapıldı

İsmayıllıda körpə müəmmalı şəkildə ölüb.   Sfera.az bildirir ki, hadisə Qaraqaya kəndində qeydə alınıb.   25 gün əvvəl Bakı şəhərindəki xə...