Logo

Qəbələdə qaz sobası partladı, ÖLƏN VAR

Qəbələdə qaz sobası partladı, ÖLƏN VAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Qəbələ rayonunda bədbəxt hadisə baş verib.

Sfera.az xəbər verir ki, hadisə rayonun Böyük Əmili kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1932-ci il təvəllüdlü Sabirə Səid qızı Mahmudova yaşadığı fərdi yaşayış evində qaz sobasını yandırarkən soba partlayıb. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan 89 yaşlı S.Mahmudova Qəbələ Rayon Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR