Logo

Hacıqabulda avtomobillər toqquşdu, xəsarət alan var

Hacıqabulda avtomobillər toqquşdu, xəsarət alan var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Hacıqabul rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Sfera.az-ın məlumatına görə, hadisə Bakı-Qazax yolunun rayonun Padar-Çöl kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes” markalı minik maşını Gəncə istiqamətində hərəkətdə olarkən arxadan gələn eyni markalı avtomobil ona çırpılıb. Hadisə nəticəsində bir nəfər - Yevlax rayon sakini, 24 yaşlı Yunusov Arzuman Musa oğlu müxtəlif xəsarətlər alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Fakla bağlı araşdırma aparılır. (report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR