Logo

Ukraynalı nazir Gəncəyə səfər etdi

Ukraynalı nazir Gəncəyə səfər etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukraynanın infrastruktur naziri Vladislav Kriklinin rəhbərlik etdiyi nümayəndə heyəti Gəncə şəhərinə gəlib.

Sfera.az-ın məlumatına görə, səfər Ermənistanın müharibə zamanı Gəncədə törətdiyi cinayətlərlə yaxından tanış olmaq məqsədi daşıyır.

Qonaqlar ilk olaraq oktyabrın 11-də şəhərdə erməni terroru nəticəsində çoxsaylı insanın öldüyü, yaralandığı və böyük dağıntıların yarandığı əraziyə gəliblər. Nümayəndə heyəti həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq dağıdılmış əraziyə gül dəstələri düzüblər.

Qeyd olunub ki, ermənilər Gəncədə əhalinin sıx yaşadığı müxtəlif əraziləri "Toçka-U”, "Smerç”, "Scud” və digər raketlərlə gecə saatlarında atəşə tutublar. Bu hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR