Logo

Sumqayıtda ev, Şəkidə avtomobil yandı

Sumqayıtda ev, Şəkidə avtomobil yandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Sumqayıt şəhərində ümumi sahəsi 150 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyü yanıb.

Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Bundan başqa, Şəki şəhərində "QAZel” markalı yük avtomobilinin idarəetmə lövhəsi qismən və mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Yüksək temperaturdan avtomobilin ön şüşəsi əriyib.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR