Azərbaycan-İran sərhədində atəş açıldı- yaralanan var
Bu barədə Sfera.az-a DSX Mətbuat Mərkəzindən bildirilib.
Sərhəd zastavası "Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb. Sərhəd naryadının "dayan” əmrini icra etməyərək geriyə qaçan sərhəd pozucularına qarşı "Azərbaycan Respublikasının dövlət sərhəd haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə tam uyğun olaraq silah tətbiq edilib və onlardan biri yaralanıb. Digər sərhəd pozucusu hadisə yerindən qaçaraq müqabil əraziyə keçib.
Yaralı sərhəd pozucusuna dərhal ilkin tibbi yardım göstərilmiş və Füzuli rayonun Diaqnostika Mərkəzinə təxliyəsi təşkil olunub.
Hadisə yerində 2 bağlamada ümumi çəkisi 5,3 kq narkotikə bənzər maddələr aşkar olunub.
Hadisə ilə əlaqədar cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.






