Logo

Sumqayıtda yanğın səbəbindən 12 nəfər təxliyə olundu

Sumqayıtda yanğın səbəbindən 12 nəfər təxliyə olundu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sumqayıt şəhərində üçmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 18 m² olan otağın eyvanının (mətbəx kimi istifadə olunur) yanar konstruksiyaları 6 m² sahədə yanıb. Yanğın zamanı tüstülənmiş otaqlardan 12 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Sfera.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR