Logo

Yolu keçmək istəyənləri maşın vurdu, biri öldü

Yolu keçmək istəyənləri maşın vurdu, biri öldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Şirvanda və Saatlıda 2 ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Sfera.az-ın məlumatına görə, İmişli rayon sakini, 1986-cı il təvəllüdlü Cavadov Elçin Mehman oğlu yolu keçmək istəyən zaman onu "Opel” markalı minik avtomobili vurub. Ağır xəsarətlər alan E.Cavadov Saatlı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğundan Şirvan Şəhər Mərkəzi Xəstəxanasına köçürülüb.

Digər qəzada isə Şirvan şəhər sakini vəfat edib. 1989-cu il təvəllüdlü Məmmədov Pərviz Elxan oğlu yolu keçmək istəyən zaman onu mikroavtobus vurub. Ağır xəsarətlər alan P.Məmmədov Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, orada ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır. (qafqazinfo)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR