Logo

FHN Bakıda baş vermiş yol qəzası ilə bağlı məlumat yaydı

FHN Bakıda baş vermiş yol qəzası ilə bağlı məlumat yaydı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb.

Sfera.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Yasamal rayonunda "Renault” və "Daewoo” markalı iki minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan "Renault" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR