Bakıda mənzildə 35 yaşlı qadının meyiti aşkarlandı
Kateqoriya məlum deyil
Bakıda mənzildə qadın meyiti aşkarlanıb.
Bu barədə Sfera.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1986-cı il təvəllüdlü İsayeva Züleyxa Mirəhməd qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.






