Logo

Bakıda avtomobili qaçıran şəxs saxlanıldı - DİN

Bakıda avtomobili qaçıran şəxs saxlanıldı - DİN
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Martın 10-da Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə R.Rəhimova məxsus VAZ-21011 markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a bildiriblər ki, nəqliyyat vasitəsini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Dəmirov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 12-də Balaxanı qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılıb.

Aparılmış əməliyyat tədbirləri nəticəsində həmin şəxsin martın 8-də VAZ markalı avtomobil qaçırması da müəyyənləşdirilib. Həmin avtomobil Binə qəsəbəsinin ərazisində tapılıb.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR