Mikroavtobus qəzaya uğradı: ölən və yaralananlar var
Kateqoriya məlum deyil
Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
Sfera.az xəbər verir ki, hadisə səhər saatlarında yeni Ələt-Astara avtomobil yolunda qeydə alınıb. Belə ki, mikroavtobusun yolun kənarına aşması nəticəsində 1 nəfər ölüb, daha 6 nəfər yaralanıb.
Yaralılardan 4-ü Biləsuvar, 2-si isə Cəlilabad xəstəxanalarına aparılıb.
Yol qəzasında xəsarət alanlardan dördünün kimliyi məlum olub. Bunlar Astara rayon sakinləri - 1981-ci il təvəllüdlü Süleymanov Natiq Baloğlan oğlu, 2005-ci il təvəllüdlü Rəqsanə Süleymanlı, 1982-ci il təvəllüdlü Qəhrəmanova Əsmər Akif qızı və Masallı rayon sakini, 1982-ci il təvəllüdlü Məmmədov Ruslan Mahmud oğludur.
Ölən və digər yaralıların şəxsiyyəti dəqiqləşdirilir. /Report






