Logo

Azərbaycanda daha bir sabiq məmur HƏBS EDİLDİ

Azərbaycanda daha bir sabiq məmur HƏBS EDİLDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dünən Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədovun həbsi barədə məlumat yayıldıqdan sonra daha bir nazir saxlanılıb.

Sfera.az xəbər verir ki, Ə.Əhmədov barəsində uzun müddətdir mediada şikayət və cinayətdə ittihamlarla bağlı məlumatlar yayılırdı.

Bakıdakı evlərindən birində istirahət edən Əhməd Əhmədov təxminən 10 gün öncə paytaxtda saxlanılaraq Naxçıvana aparılıb.

Onunla birgə, oxşar əməllərlə Naxçıvanın keçmiş təhsil naziri Məmməd Qəribov da saxlanılıb. O da yeyintidə ittiham edilir.

Əhməd Əhmədovun həbs edildiyini Baş Prokurorluq təsdiqləyib.

M.Qəribovun saxlanılması barədə məlumatı ilk olaraq unikal.org saytı yayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR