Logo

Bakıda bahalı avtomobil qəzaya düşdü

Bakıda bahalı avtomobil qəzaya düşdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bu gecə Bakıya yağan yağış yol qəzasına səbəb olub.

Sfera.az-ın məlumatına görə, hadisə Xətai rayonunun Xocalı prospektində qeydə alınıb.

Belə ki, sürətlə hərəkət edən "Maserati” markalı avtomobilin sürücüsü idarəetməni itirərək prospektdə yerləşən parkın səkilərinə çırpılıb.

Zərbənin gücündən nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Hadisə yerinə Dövlət Yol Polisi və əraziyə təhkim edilən Post Patrul Xidmətinin əməkdaşları cəlb olunub.

Qəza ilə bağlı araşdırma aparılır. (Report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR