Logo

Akademik Telman Əliyev vəfat etdi

Akademik Telman Əliyev vəfat etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Texnika elmləri doktoru, akademik, Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşı Telman Əliyev 80 yaşında dünyasını dəyişib.

Sfera.az xəbər verir ki, bu barədə professorun yaxınları məlumat verib.

Bildirilib ki, T.Əliyev ötən gün qəfl vəfat edib: "Təzyiqdən əziyyət çəkirdi. Dünən qəfldən təzyiqi aşağı düşdü və qaldıra bilmədik".

T.Əliyev Ukrayna İnşaat Akademiyasının akademiki (2000), Beynəlxalq Ekoenergetika Akademiyasının elmlər doktoru (1996), Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının akademiki (2008) idi.

Mərhum Memarlıq və İnşaat Universitetinin İnşaat mexanikası kafedrasının professoru olub.

Allah rəhmət eləsin!

(hit.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR