Xaçmazda dönərxanada zəhərlənmə olub, 17 yaşlı gənc ölüb
Kateqoriya məlum deyil
Xaçmaz rayonunda dönərxanada dəm qazından zəhərlənmə hadisəsi baş verib.
Sfera.az-ın məlumatına görə, hadisə rayon mərkəzindəki "Köhnə avtovağzal" adlanan ərazidə yerləşən dönərxanada qeydə alınıb.
Hadisə nəticəsində rayonun Əhmədoba kənd sakini, 2004-cü il təvəllüdlü Səbuhi İsmayıl oğlu Kərimov ölüb, Müzəffəroba kənd sakini, 1995-ci il təvəllüdlü Mayıl Eyyub oğlu Məmmədov isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. (report)






