Logo

Bakıda fərdi yaşayış evində yanğın başladı

Bakıda fərdi yaşayış evində yanğın başladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda evdə yanğın baş verib.

Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, FHN-in "112" qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Şərq küçəsi ünvanında üçmərtəbəli fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata görə, evin mansardası yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR