Ucarda DƏHŞƏTLİ QƏZA: 3 nəfər öldü, 2 nəfər yaralandı
Kateqoriya məlum deyil
Ucarda bir neçə nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Sfera.az xəbər verir ki, hadisə saat 21 radələrində Bakı-Qazax magistral yolunun rayonun Ənvər Məmmədxanlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə 3 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb.
Hələlik ölən və xəsarət alanların adları məlum deyil. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır. (Report)






