Logo

Biləsuvarda maşın aşdı, sürücü yaralandı

Biləsuvarda maşın aşdı, sürücü yaralandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Biləsuvar rayonunun Səmədabad kəndindən keçən hissəsində avtomobil qəzası baş verib.

Sfera.az xəbər verir ki, Cəlilabad rayon sakini olan, 1991-ci il təvəllüdlü Muradov Qeyrəd Piri oğlu idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olan zaman idaraetmə itirərək maşını aşırıb.

Hadisə yerinə yanğından mühafizə bölməsinin əməkdaşlarının vaxtında çatması nəticəsində alışan avtomobildən sürücünü xilas etmək mümkün olub.

Qəza zamanı orta dərəcəli bədən xəsarətləri alan sürücü Biləsuvar rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR