Köməksiz vəziyyətdə qalan iki azyaşlı xilas edildi
Kateqoriya məlum deyil
Xaçmaz rayonunda iki nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, çağırış ünvanına cəlb olunan Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri azyaşlıları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.






