Logo

Sərnişin avtobusu ağaca çırpıldı: yaralılar var

Sərnişin avtobusu ağaca çırpıldı: yaralılar var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Göygöldə yol nəqliyyat hadisəsi baş verib.

Sfera.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan sərnişin avtobusu "Mercedes Sprinter" idarə etməni itirib. Nəticədə avtobus ağaca çırpılıb.

Qəza zamanı 1984-cü il təvəllüdlü Həsənov Tofiq, 1985-ci il təvəllüdlü  Bayramov Mehman və 1967-ci il təvəllüdlü Mirzəyev Cahid xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralılardan sonuncunun vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR