Biləsuvarda piyadanı vuran avtomobil tapılıb
Kateqoriya məlum deyil
Ötən gün Biləsuvar rayonunda piyadanı vuraraq hadisə yerindən uzaqlaşan avtomobilin sürücüsü müəyyən edilib.
Sfera.az-ın məlumatına görə, rayon polisi nəqliyyat vasitəsinin "Niva" markalı minik avtomobili olduğunu bildirib.
Qeyd edək ki, hadisə dünən Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Biləsuvarın Nəsimikənd kəndindən keçən hissəsində qeydə alınıb. Nəsimikənd kənd sakini, 1985-ci il təvəllüdlü Sadıqov Rauf Akif oğlunu avtomobil vurub. Daha sonra avtomobil hadisə yerindən uzaqlaşıb.
Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağll araşdırmalar davam etdirilir.
///report






