Logo

Neftçalada avtomobillə motosiklet toqquşub, xəsarət alanlar var

Neftçalada avtomobillə motosiklet toqquşub, xəsarət alanlar var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Neftçala şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında Neftçala şəhərində, Mərkəzi kitabxananın yaxınlığında qeydə alınıb.

İlkin məlumata görə, minik avtomobili ilə motosiklet toqquşub.

Qəza nəticəsində şəhərin M.Ə. Sabir küçəsində yaşayan, 1997-ci il təvəllüdlü İsmayılov Emil Amil oğlu və 1999-cu il təvəllüdlü Əliyev Səid Murad oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

///report

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR