Təcili yardım maşını qəzaya düşdü, xəstə yaralandı
Kateqoriya məlum deyil
Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsində qeydə alınıb.
Belə ki, Ağdaş rayon sakini Rasim Rəsulovun idarə etdiyi Təcili Yardım Maşını Mingəçevir şəhər sakini, Orxan Muradovun sürdüyü "Lada-Priora” markalı minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində hər iki sürücü və təcili yardım avtomobilində olan xəstə xəsarət alıblar. Həmin şəxslər şəhər xəstəxanasına yerləşdiriliblər.






