Rusiyada ağır yol qəzası - 10 nəfər öldü, 14 nəfər yaralandı
Kateqoriya məlum deyil
Rusiyada ağır yol qəzası baş verib.
Sfera.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, hadisə Samara əyalətində qeydə alınıb. Belə ki, sərnişin avtobusunun yük avtomobili ilə toqquşması nəticəsində 10 nəfər həlak olub, daha 14 nəfər xəsarət alıb.
İlkin məlumata görə, qəzaya avtobusun manevr etməsi səbəb olub. Qeyd edilir ki, qəza avtobus sürücüsünün ötmə əməliyyatı nəticəsində baş verib.






