Sabirabadda avtomobil kanala aşdı, sürücü öldü
Kateqoriya məlum deyil
Sabirabadda avtomobil kanala aşıb.
Sfera.az-ın məlumatına görə, hadisə rayonun Rüstəmli kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1964-cü il təvəllüdlü Şükürov Heybət Mürvət oğlunun idarə etdiyi "QAZ 24" markalı avtomobil idarəetməni itirərək su kanalına aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır. (Apa)






