Logo

Göyçayda fəhlə işlədiyi obyektdə yıxıldı

Göyçayda fəhlə işlədiyi obyektdə yıxıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Göyçayda tikintidə bədbəxt hadisə baş verib.

Göyçay rayon prokurorluğundan Sfera.az-a verilən məlumata görə, hadisə yanvarın 13-də saat 11 radələrində baş verib.

Göyçay rayon sakini, 1973-cü il təvəllüdlü Əmirov Teyyub Adil oğlunun hündürlükdən yıxılaraq xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla Göyçay şəhəri, Nizami küçəsində yerləşən qeyri-yaşayış obyektində fəhlə işləyən Teyyub Əmirovun iş zamanı hündürlükdən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR