Logo

İstanbul-Bakı reysində nasazlıq - Sərnişinlər təxliyə edildi

İstanbul-Bakı reysində nasazlıq - Sərnişinlər təxliyə edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Yanvarın 14-də saat 7:25-də Türkiyənin İstanbul şəhərindən Bakıya uçmağa hazırlaşan sərnişin təyyarəsi nasazlıq səbəbindən havaya qalxa bilməyib.

Sfera.az xəbər verir ki, bu haqda həmin reysin sərnişinləri məlumat veriblər.

Bildirilib ki, təyyarədə nasazlıq aşkarlandığı barədə sərnişinlərə bilgi veriləndən sonra hava gəmisi boşaldılıb.

Sərnişinlər hazırda İstanbul hava limanında gözləyirlər. Onlara başqa təyyarə ayrılacağı bildirilib.

Qeyd edək ki, sərnişinlərin təxliyə olunduğu təyyarə "Türk Hava Yolları”na məxsus olub. (Modern.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR