Gürcüstan-Azərbaycan sərhədində zəlzələ oldu
Kateqoriya məlum deyil
Gürcüstanın Azərbaycanla sərhəddə yerləşən Kaxeti rayonunda
4 bal gücündə zəlzələ baş verib.
Sfera.az xəbər verir ki, bu barədə Gürcüstanın Yer Elmləri İnstitutu və Seysmik Monitorinq Milli Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 09:00-da baş verən zəlzələnin episentri Qurcaani şəhərinin yaxınlığında yerləşib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.






