Logo

Tovuzla sərhəddə 15 erməni zəhərləndi

Tovuzla sərhəddə 15 erməni zəhərləndi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Ermənistanın Tavuş vilayətində içməli sudan kütləvi zəhərlənmə olub.

Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, 15 nəfər zəhərlənmə ilə bağlı xəstəxanaya müraciət edib. Onların 11-i uşaq və yeniyetmədir.

Bildirilib ki, zəhərlənənlər Cucevan, Koti, Bağanis, Voskevan və Koxb kəndlərinin sakinləridir. Onlarda zəhərlənmə və bağırsaq pozğunluğu simptomları olub.

Hazırda zəhərlənənlərdən 8-i evə buraxılıb, qalanların isə vəziyyəti kafi qiymətləndirilir. (Axar.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR