Bakıda qadın özünü öldürdü

Bakıda qadın özünü öldürdü

Bakıda 51 yaşlı qadın sirkə turşusu içərək, intihar edib.

Sfera.az musavat.com-a istinadən bildirir ki, bu hadisə bir neçə gün əvvəl Binəqədi qəsəbəsində baş verib.
 
Binəqədi rayonu, Binəqədi qəsəbəsindəki hərbi şəhərcikdə yaşayan 1965-ci il təvəllüdlü Hekayə Müslümova intihar məqsədilə sirkə turşusu içib. 

H.Müslümova Toksikologiya Mərkəzinə yerləşdirilib və bir neçə saat sonra xəstəxanada vəfat edib.

51 yaşlı qadının intihar səbəbi bilinmir. İntihar hadisəsi ilə bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR