Dərman daşıyan yük maşını YANDI
Kateqoriya məlum deyil
Şəmkir
rayonunda avtomobildə yanğın hadisəsi baş verib.
Sfera.az bu barədə Fövqəladə hallar nazirliyinə (FHN) istinadən məlumat verir.
Belə ki, rayon ərazisində "Scania” markalı yük avtomobilinin yanar hissələri və banına yığılan dərman preparatları yanıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.






