Logo

Qubada ərzaq mağazası yandı

Qubada ərzaq mağazası yandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Qubada köhnə avtovağzal ərazisində ərzaq mağazasında yanğın olub.

Yenisabah.az xəbər verir ki, axşam saatlarında rayonun mərkəzindəki "Köhnə avtovağzal"ın arxasında bir-birinə bitişik ərzaq məhsulları mağazalarından birində yanğın başlayıb. Nəticədə sahibkar Elçin Əhməd oğlu Orucova məxsus mağazanın 100 m² sahəsində yanar konstruksiyalar yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Quba Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadası cəlb olunub. Alovun digər tikililərə keçməsinin qarşısı alınıb, yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.///Report

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR